![]()
Yaponiyalı tədqiqatçılar milli tibbi lisenziya imtahanından uğurla keçə bilən generativ süni intellekt sistemi hazırlayıblar. Hökumətin Milli İnformatika İnstitutunun (NII) rəhbərlik etdiyi tədqiqatçılar “Böyük Dil Modeli” (LLM) adlı süni intellekt sistemi yaradıblar.
Sistem 700 000-dən çox lisenziyalı tibbi məqalə, məşhur tibbi internet saytlarından 16 milyon sənəd və dərsliklərdən ibarət hərtərəfli məlumat toplusundan istifadə etməklə öyrədilib.
Milli tibbi lisenziya imtahanında “uğur həddini keçə” bilən sistem qlobal əsasda hazırlanmış LLM modelləri arasında da ən yüksək ballardan birinə nail olub.
Bildirilib ki, institut və özəl şirkətlər də daxil olmaqla 40-a yaxın təşkilatla birgə istehsal olunan süni intellekt sistemi ilkin müayinə nəticələrinə əsasən mümkün diaqnozları təklif edə bilər.Yeni sistemin kliniki müalicəni dəstəkləmək və əməliyyat səmərəliliyini artırmaq üçün istifadə edilməsi planlaşdırılır.
Subyekt.az