![]()
Amerika Birləşmiş Ştatlarında (ABŞ) Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi “Harry Truman” təyyarədaşıyan gəmisindən dənizə düşüb. Subyekt.az Gundelik.az -a istinadlə xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunur ki, təyyarə onu yedəkləyən traktorla birlikdə suya düşüb. Hadisə nəticəsində bir dənizçi yüngül xəsarət alıb. Ona tibbi yardım göstərilib. Sözügedən təyyarədaşıyan gəminin Ərəb dənizində husilərə qarşı zərbələrdə iştirak etdiyi vurğulanır. Bundan əvvəl Yəmən husiləri ABŞ-nin Yəmənin qərbindəki neft limanına zərbə endirməsinə cavab olaraq Qırmızı və Ərəb dənizlərində iki Amerika təyyarədaşıyıcısına hücum etdiyini açıqlamışdı. Husilər həmçinin Zülfikar ballistik raketi ilə İsrailin Ben Qurion hava limanı yaxınlığındakı hərbi hədəfi vurublar.
Subyekt.az