![]()
Bu gün 1962-ci ildə Beynəlxalq Qardaşlaşmış Şəhərlər Federasiyası tərəfindən təsis olunub və aprel ayının axırıncı bazar günü qeyd olunur. Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası beynəlxalq qeyri-hökumət təşkilatı olub, 1957-ci il aprelin 29-də Parisdə yaradılmışdır. Bu təşkilatın əsası Eks-le-Bendə (Fransa) qardaşlaşmış şəhərlərin nümayəndələri tərəfindən qoyulmuşdur. Onlar 1970-ci ildə Avropa, Asiya, Afrika və Amerikanın 50-dən çox ölkəsinin minə qədər şəhərini birləşdirdilər. Hitlərə qarşı koalisiyanın müttəfiq ölkələrinin şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında ilk saziş hələ 1942-ci ildə müharibə nəticəsində tamamilə dağılmış SSRİ-nin – Stalinqrad və İngiltərənin Koventri şəhərləri arasında imzalanmışdır. Beləliklə, hər il aprelin 29-da, aprel ayının sonuncu bazar günü dünyada, ənənəvi olaraq, Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü keçirilir.
Subyekt.az