![]()
Rusiyada dəhşətli ailə faciəsi baş verib. Subyekt.az News24.az – a istinadla xəbər verir ki, üç qız qətl törədib. Onlar birlikdə atalarını qətlə yetiriblər.
Qan donduran hadisədən sonra üç bacı saxlanılıb. Hakim qarşısına çıxarılan qızlar illər ərzində doğma ataları tərəfindən fiziki və cinsi zorakılığa məruz qaldıqlarını açıqlayıblar. Moskva Məhkəməsi 57 yaşlı Mixail Xaçaturyanın qızlarına qarşı sistematik zorakılığı rəsmən qeydə alıb. Krestina, Angelina və Mariya Xaçaturyanın vəkilləri qətllərin “özünümüdafiə” hesab edilməsi üçün mübarizə aparırlar.
Məlumata görə, ata qızlarından birinə “Ananın yerini tutacaqsan, səninlə evlənəcəyəm” kimi sözləri üzə çıxıb.
Üç bacının 20 illik həbs cəzası ilə üzləşməsinə baxmayaraq, onların bəraət almaq şansı var.
