![]()
Gürcüstanda 3,6 bal gücündə zəlzələ qeydə alınıb. Subyekt.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Seysmik Monitorinq Mərkəzi yayıb. Yeraltı təkanların episentri paytaxt Tbilisidən 12 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 24 kilometr dərinlikdə olub. Tələfat və dağıntılar barədə hər hansı məlumat verilməyib.
Subyekt.az