![]()
Gürcüstanlı bloger Tako Tamuna keçmiş erməni generalı Levon Minasyanı canlı yayıma çıxarıb. Erməni generalın ağzı qızışıb və Xocalıda törətdiyi qətliamları etiraf edib. Bloger Minasyana “Siz Xocalıda olmusunuz?” sualı ünvanlayıb, o isə törətdiyi qətliamlarla bağlı bunları deyib: “Xocalı mənim işimdir… Saysız-hesabsız Azərbaycan türklərini qırdım. Onların neçəsinin başını kəsdiyimi belə xatırlamıram. Azərbaycanlılar da indi məni axtarır…”, – deyə Minasyan qeyd edib. Gürcü bloger təəccüblü şəkildə ondan ciddi olub-olmadığını soruşduqdan Minasyan “Nə olub gözəl qız, bəli, olub…”- deyə cavab verib. Ermənilərin vəhşiliyini, Xocalı soyqırımını törədənlərdən birini ifşa edən, Gürcüstanlı blogeri Azərbaycana dəvət etmək və mükafatlandırmaq lazımdır. Bu bloger xanım, öz çəkilişi ilə bir erməni terorçusunu, generalını ifşa edir və dünyaya göstərir. Bunu mütləq şəkildə qiymətləndirmək lazımdır…
#Xocalı #QanYaddaşımız #Unutmayaq #Genosid #Xodjalı
#Subyekt.az