![]()
22 fevral tarixində gecə saatlarından başlayaraq yağan güclü qarın yollarda yarada biləcəyi çətinlikləri aradan qaldırmaq və hərəkəti təmin etmək məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən aparılan tədbirlər davam etdirilir.
Biləsuvar rayon 45 saylı Yol İstismar İdarəsinin və Kommunal Müəssisələr Kombinatının texnikaları və canlı qüvvələri dünən gücə saatlarından yenidən bu işlərə cəlb olunaraq mərkəzi magistrallarda, kəndlərarası yollarda, şəhərin küçələrində və piyada səkilərində qarın təmizlənməsini davam etdirirlər.
Bundan əlavə soyuqlu havalarda əhalinin fasiləsiz elektrk enerjisi və təbii qazla təminatı diqqət mərkəzində saxlanılır və bu istiqamətində heç bir problem yoxdur.
Ayrı-ayrı sahələr üzrə yaradılmış qruplar hazırda da növbəlilik əsasında fəaliyyət göstərirlər.

.

.

.

Subyekt.az