![]()
“Sağlam Həyat Uğrunda “-Gənclərin İctimai Birliyi, Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, 1 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin, Lənkəran şəhər Azad Babayev adına 8 saylı tam orta məktəbin tərəfdaşlığı ilə “Sağlam Gənc : Region Gənclərinin Ekoloji Maarifləndirmə Marafonu ” adlı layihə çərçivəsində Lənkəran şəhər Azad Babayev adına 8 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirib.
Tədbirin asas məqsədi: Gənclərin ekoloji fəallığını artırmaq, gənclərin ekoloji davranışlarının formalaşdırılması və ekoloji maarifləndirməni təmin etməkdən ibarətdir.
Subyekt.az xəbər verir ki, Tədbiri giriş sözü ilə məktəbin direktoru İlqar Paşayev açaraq, tədbir iştiraklarını salamladı və tədbir iştirakçılarına uğurlar arzuladı. Layihə koordinatoru Gülnar Nəsibli çıxış edərək bildirib ki, Ekoloji maarifçilik yalnız bu günkü problemləri həll etməklə məhdudlaşmır, həm də gələcək nəsillərin daha sağlam və təmiz bir mühitdə yaşamasının təmin etmək məqsədi daşıyır.
1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı, “Yaşıl dünya naminə” kitabının müəllifi ekoloq Bəxtiyar Hüseynov çıxış edərək qeyd edib ki, Gənclər ekoloji təşəbbüslərdə iştirak etməklə ətraf mühitə töhfə verə bilərlər. Region gəncləri üçün ekoloji marafonlar onların bilik və bacarıqlarını inkişaf etdirməyə, həmçinin ekoloji problemlərin həllinə yönəlmiş fəaliyyətlərdə iştiraklarını artırmağa imkan yaradır.
Bu layihə cəmiyyətin müxtəlif təbəqələrində ekoloji biliklərin artırılması üçün mühüm bir platformadı. Bəxtiyar Hüseynov qeyd edib ki, hər kəsin bu təşəbbüsə öz töhfəsini verəcəyinə inanırıq və davamlı fəaliyyətlərin dəstəkləyicisiyik.
Layihə çərçivəsində təbii resurslardan düzgün istifadə qaydaları və ekoloji problemlərin daha geniş auditoriyaya çatması üçün video çarx nümayiş olundu.
Həmçinin, maariflandirici bukletlər paylanılıb. Sonda şagirdlərlə xatirə şəkilləri çəkilib.













#LənkəranAstaraRTİ
#Lənkəran8nömrəliməktəb
#AzərbaycanGənclərvəİdmanNazirliyi
#EkologiyatəbiisərvətlərNazirliyi
Subyekt.az