![]()
Sumqayıt Narkoloji Dispanserinin baş həkimi Kamil Əmirxan oğlu Mehdiyev vəfat edib.
Subyekt.az xəbər verir ki, bu barədə məlumat mərhumun əzizləri və dostları tərəfindən verilib.
Bildirilib ki, Qarabağ müharibəsi əlili olan Kamil Mehdiyev 2000-ci ildən Sumqayıt Narkoloji Dispanserinə rəhbərlik edib.
Qeyd edək ki, baş həkim uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Kamil Mehdiyev Birinci Qarabağ müharibəsində zabit kimi döyüşüb və bölmə komandiri olub. O, müharibədə “Spartak” ləqəbli ilə tanınıb.
Subyekt.az olaraq bizdə mərhumun əziz və doğmalarına səbr diləyirik. Allah rəhmət eləsin!

#SpartakKamil #Kəlbəcər #VeteranDöyüşçü
Subyekt.az