![]()
Fransanın Baş naziri Fransua Bayru ölkə Prezidenti Emmanuel Makronun dövründə respublikanın xarici borcunun 12% artdığını açıqlayıb. Xəbər verilir ki, hökümət başçısı bunu parlamentdə səsləndirdiyi bəyanatda bildirib. “Biz ölkəmizin həddindən artıq borcunun olduğunu etiraf edib, xarici borcumuzu azaltmağa başlamalıyıq. Emmanuel Makronun dövründə xarici borcumuz 12% artıb”, – Bayru vurğulayıb. Bayrunun sözlərinə görə, Fransanın dövlət borcu heç vaxt bu qədər yüksək olmayıb.
Subyekt.az