![]()
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Prezidenti İlham Əliyevə Aktauda AZAL-a məxsus təyyarənin qəzası səbəbindən çoxsaylı insan ölümü ilə bağlı başsağlığı verib. Xəbər verilir ki, başsağlığında qeyd olunur: ““AZAL” aviaşirkətinin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bütün dağıstanlılar adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.Dərdinizi səmimi-qəlbdən bölüşür, Sizinlə birlikdə kədərlənirik. Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq”.
Subyekt.az