![]()
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən müvafiqhazırlıq tədbirləri həyata keçirilir. Şəhərin Zəfər meydanında şam ağacı qurulub. Küçələr yeni il atributları ilə bəzədilir. Ağacların üzərində rəngli işıq sistemi və effektlər quraşdırılır. Xankəndi, turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu il ilk dəfə olaraq dekabr ayının 26-dan yanvarın 4-dək Xankəndi şəhərində qış nağılı yarmarkası keçiriləcək. Bu yarmarka, azadlıqla yazılan yeni tarixin təntənəsi olacaq. Dekabrın 28-də isə Xankəndi şəhərində konsert proqramı olacaq.

.

.

Subyekt.az