![]()
Cavadxan Yusif oğlu Qasımov 26 avqust 1981- ci ildə Culfa rayon Saltaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1987-1998-ci illərdə orta məktəb təhsili aldıqdan sonra, 1998-2002- ci illərdə Naxçıvan Dövlət Universitetinin “İqtisad-hüquq” fakültəsinin bakalavr, 2002-2005-ci illərdə isə universitetin magistr pillələri üzrə ali təhsil almışdır. Cavadxan Qasımov 2002-2003- cü illərdə hərbi xidmətdə olmuşdur. O, 2003-cü ildən -2019-cu ilə dək AMEA Naxçıvan Bölməsinin “Təbii Ehtiyatlar İnstititunun İqtisadiyyat” şöbəsində əmək fəaliyyətinə başlamış həmin şöbədə, böyük laborant vəzifəsindən şöbə müdiri vəzifələrinə qədər yüksəlmişdir. 2005- 2010-cu illərdə həmin elm müəssisədə aspirant təhsili almışdır. Tamamlamış olduğu dissertasiya işini 2010-cu ildə uğurlu müdafiə edərək “İqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsinə layiq görülmüdür. Cavadxan müəllim Qasımov 2015 -ci ildən “dosent” elmi adı almışdır. 2006-cı ildən “Naxçıvan” və Naxçıvan Dövlət Universitetlərində saathesabı qaydada müəllimlik etmişdir. 130-dan artıq elmi (32-si xaricdə olmaqla), 500-dən artıq qəzet məqaləsinin müəllifidir. 2014-cü ildə bir monoqrafiyası, 2017-ci ildə bir kitabı və bir dərs vəsaiti (həmmüəllif), 2018-ci ildə bir kitabı, 2020-ci ildə isə iki dərs vəsaiti (biri həmmüəllif olmaqla) və bir kitabı, 2022-ci ildə iki, 2023-cü ildə bir kitabı, 2024-cü ildə bir dərs vəsaiti (həmmüəllif) işıq üzü görmüşdür. Bu dərs vəsaiti müəllifin sayca 14-cü kitabı olacaq. Bütün bunlara yanaşı, Cavadxan Qasımov yerli və Beynəlxalq səviyyəli konfranslarda da iştirakçı olmuşdur. 2020-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin “Dünya iqtisadiyyatı və menecment” kafedrasının dosenti olaraq, 2021-ci ildən isə həmin kafedranın (Beynəlxalq ticarət və menecment) müdiri olaraq, elmi fəaliyyətini davam etdirməkdədir. Nəfis şəkildə nəşr edilmiş böyük oxucu auditoriyasına xitab edən bu kitab sanballı mənbə kimi mütəxəssislər, müəllim, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün olduqca vacib və son dərəcə səmərəlidir.
Subyekt.az