![]()
Xəbər verdiyimiz kimi, futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets, Xordi Alba ötən gün Bakıda səfərdə olub. Subyekt.az savashmedia.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində ulduz futbolçuların azarkeşlərlə görüşü təşkil edilib. Bakı Kristal Zalında təşkil olunan mərasimdə futbolçular imzalı toplar hədiyyə ediblər. Bu toplardan biri isə elan saytında 5 min manata satışa çıxarılıb. Maraqlıdır ki, elan sonradan deaktiv edilib. Topun satılıb-satılmadığı isə sual olaraq qalır.
Subyekt.az