![]()
“Uşaqlara qayğı göstərmək, uşaqların təhsili, tərbiyəsi üçün şərait yaratmaq uşaqlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılama uşaqlarla aparılan işin əsas hissəsi olmalıdır”.
Ulu öndər Heydər Əliyev
Ötən əsrin sonlarından BMT tərəfindən hər il dekabrın 11-I Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd olunur. (YUNİSEF-in (BMT Uşaq fondu) təşəbbüsü ilə 1992-ci ildən qeyd olunur. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanmış “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: “Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir”. Uşaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 22 iyun 1999-cu il tarixdə qüvvəyə minmiş “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşuqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunudur. Ulu öndərimiz Heydər Əliyev həmişə uşaqların bu əlamətdar günündə onlarla bir yerdə olmağı çox sevirdi. Ulu öndər uşaqlara göstərilən bu diqqəti belə dəyərləndirirdi. Belə ki, Televiziya və Radio Günü ilə əlaqədar uşaqların hazırladığı mərasimdə iştirak etməkdən böyük zövq alırdı. Fərəhlə demək olar ki, uşaq və gənclərə göstərilən diqqətin, qayğının daha da artırılmasında ölkə Prezidenti İlham Əliyevin xidməti çoxdur. Yeni məktəblərin tikilməsi, təmir olunması, idman komplekslərinin yaradılması buna əyani sübutdur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu yolda gördüyü işlər xüsusi qeyd edilməlidir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində həyata keçirilən genişmiqyaslı inşaat və yenidənqurma işləri bölgələrimizdə uşaqların təhsili üçün gözəl imkan yaratdı. Azərbaycanın ən ucqar dağ kəndində də belə uşaqların təhsili üçün hər cür şəraiti olan təhsil ocaqlarının tikilməsi bu qayğının təzahürü kimi təqdir edilməlidir. Təbii ki, uşaqların diqqətini çəkən, onların maraq dairəsinə daxil olan vərdişlərdən biri də televiziyadır. Hər bir kanalın uşaqlar üçün ayrıca redaksiyası var və mütləq də olmalıdır. Bu sarıdan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ənənələrə söykənərək uşaqlar üçün proqramlar hazırlanması diqqət çəkir. İstər AzTV-də, istərsə də onun “Mədəniyyət” kanalında uşaq və gənclərə həsr olunan verilişlərin təkcə adlarına fikir verək: “Təmas nöqtəsi”, “Tələbə dünyası”, “Mən də uşaq olmuşam”. “Çoxbilmişlərdənsinizmi?”, “Mən Azərbaycanlıyam”, “Müasir Azərbaycan gəncliyi” , “Biləyən”, “Bəbək”, “Ana dili”, “Əlaçı” və s.
Subyekt.az