![]()
Moskva yaxınlığındakı Serpuxovda 23 yaşlı kişi və 70 yaşlı qadın ölü göyərçinin bacanı bağlaması səbəbindən mənzildə yığılan dəm qazından zəhərlənərək vəfat ediblər.
Subyekt.az xəbər verir ki, bu barədə REN TV- məlumat verib.
Məlum olub ki, vanna otağında qaz qazanı bacaya qoşulub, lakin havalandırmanın çıxışı tıxanab.
“Havalandırma kanalı və baca beton-kərpic qalıqları və göyərçin cəsədi ilə tamamilə bağlanıb”, – deyə mənbə bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qaz avadanlıqlarının saxlanmasına cavabdeh olan təşkilatı yoxlamağa başlayıblar.
Onun iş otağında axtarış aparılıb, sənədlər, o cümlədən ventilyasiya, baca kanallarının vəziyyəti haqqında akt və onların müayinəsi üçün protokol götürülüb.
Subyekt.az