![]()
15.01.2026 – cı il tarixində Quba – Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Quba Tarix – Diyarşünaslıq Muzeyi və onun filialı olan Şəhidlər Muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə və 44 günlük Vətən Müharibəsinin şəhidi Hacıyev İsmət Şölət oğluna həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, şəhid anaları, YAP Quba rayon təşkilatının sədri, Quba RİHB-nın müavini və məsul işçisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi rəisinin müavini, Quba rayon B.Səfəroğlu adına Mədəniyyət Mərkəzinin, Quba rayon MKS-nin əməkdaşları, Quba rayon 5 saylı məktəbinin direktor və şagird kollektivi, Mehrab Niftəliyev adına Texniki Fənlər Təmayüllü litseyin müəllim və şagird kollektivi, şəhid İsmət Hacıyevin sinif rəhbəri ,Quba Tarix – Diyarşünaslıq Muzeyinin və filiallarının əməkdaşları iştirak ediblər. İlk öncə Dövlət Himni səsləndirilib , daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq, müstəqillik və milli və mənəvi dəyərlərini qorumağ uğrunda apardığı mübarizənin qanla yazılmış tarixidir. 20 Yanvar şəhidlərinin azadlıq uğrunda başladığı müqəddəs yol Vətən müharibəsində öz zirvəsinə çatmışdır. Bu yolun davamçılarından biridə 44 günlük Vətən müharibəsində şəhid olan İsmət Hacıyev idi.
O canı bahasına torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmış və onun göstərdiyi şücaət , Vətənə sədaqət, qəhrəmanlıq hər zaman gənc nəsil üçün örnək olaraq qalacaqdır. Daha sonra məktəblilər 20 Yanvar faciəsinə və 44 günlük Vətən müharibəsi şəhidi İsmət Hacıyevin əziz xatirəsinə həsr olunmuş bədii kompozisiyalarla çıxış ediblər. Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinə və şəhidimizin həyat və döyüş yoluna həsr olunmuş video – çarxları izləyib, sərgi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.

.

.

.

.

.

.

.

Subyekt.az