
Martın 24-də saat 21 radələrində Şamaxı rayonunda 27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində 34 yaşlı Orxan Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib.
Subyekt.az lent.az-a istinadla xəbər verir ki, A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb. O.Hacıyev xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Subyekt.az