
Respublika Klinik Xəstəxanasında ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb.
59 yaşlı pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının total artroplastikası (endoprotez) əməliyyatı İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.
10 ildən artıq müddətdə sol bud-çanağında ağrıları olan şəxs müvafiq müayinələrdən keçirildikdən sonra ona sol bud-çanağın 4-cü dərəcəli koksartroz diaqnozu təyin edilib və cərrahi əməliyyata qərar verilib.
Əməliyyat xəstəxananın Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli və travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən həyata keçirilib.
Əməliyyatdan sonra pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
#TƏBİB #RKX #ümumdünyatravmatoloqlargünü
Subyekt.az