
ABŞ prezidenti Donald Tramp Kremlin sülh danışıqlarını dayandıracağı təqdirdə Moskvaya təzyiqləri artıracağı ilə hədələyib. ABŞ lideri bu barədə NBC News telekanalına müsahibəsində deyib.
“Ukraynada axan qanı dayandırmaq üçün Rusiya ilə razılığa gələ bilməsək və bunun günahı Rusiyada olsa, Rusiyadan neftə və bütün bütün neft məshsullarına ikinci dərəcəli rüsumlar tətbiq edəcəyəm”, – Tramp bildirib.
Ağ Ev rəhbəri əlavə edib ki, yeni tariflər Rusiya neftini alan şirkətlərin ABŞ-də bizneslə məşğul ola bilməyəcəkləri anlamına gələcək.
“Putin bilir ki, onun bu cür hərəkətləri məni qəzəbləndirir. Amma yenə deyirəm, Rusiya prezidenti ilə “çox yaxşı münasibətlər”im var. Mənim qəzəbim tez keçə bilər, əgər o, düzgün hərəkət etsə”, – Tramp əlavə edib.
Amerika lideri bu həftə Putinlə danışmağı planlaşdırdığını da bəyan edib.
Subyekt.az