
Fevralın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə görüşüb.
Qonağı salamlayan Milli Məclisin sədri Türk Mədəniyyəti və İrsi Fondunun əhəmiyyətindən danışıb. O, bildirib ki, Türk dünyasının güclənməsinə Azərbaycan xüsusi önəm verir. Prezident İlham Əliyevin dediyi kimi, “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.”
Spiker bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu Fond türk xalqlarının bir-birinin mədəniyyətini, irsini daha da yaxından tanımasına, qardaş xalqlarımızın daha da yaxınlaşmasına imkan yaradır. Fondun səmərəli fəaliyyət göstərdiyini deyən Milli Məclisin sədri onun fəaliyyətinin daha da genişləndirilməsi üçün böyük potensialın və ən əsası istəyin olduğunu qeyd edib.

.

.

.

Subyekt.az