
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini 2025-ci ildə də davam etdirir. Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində «Xurşidbanu Natəvan» tamaşası martın 31-də Şəki Dövlət Dram Teatrında 31 mart – Azərbaycanlıların Soyqırımı ilə bağlı nümayiş olunub.
Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnəyə qoyulan eyniadlı yaradıcılıq işinin quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

.

.

.

Subyekt.az