
Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası (YAP) Qubal rayon təşkilatında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Dünyada ən uca zirvədir – Qadın! ”mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova başda şəhid anaları, şəhidlərin həyat yoldaşları və bacıları olmaqla bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını ifadə edib. Sədr tarixin bütün dövrlərində Azərbaycan qadınının ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçildiyini, zərifliyin, nəcibliyin, gözəlliyin rəmzi olduğunu söyləyib.
Azərbaycan qadınının bütün dünyaya nümunə olduğunu, eləcə də onların vətənpərvərliyin təbliğatçısı kimi rolunu vurğulayan Fidan Hüseynova bildirib ki, məğrur, qəhrəman analarımızın yetişdirdiyi igid oğullar 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad etməyi bacardılar. Sədr belə qəhrəmanları böyüdən analara minnətdarlığını bildirib.
Çıxış edən Quba rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Səidə Abasova Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasəti sayəsində müasir Azərbaycan qadınının cəmiyyətdəki rolundan danışıb.
Tədbirdə iştirak edən şəhid anaları onlara və ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin anası Xalidə Niftəliyevaya partiya vəsiqəsi təqdim olundu.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.

.

.

.

Subyekt.az