
Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan polkovniki Aydın Nəcəfov vəfat edib. Subyekt.az “Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Uzun illər DSX-də xidmət etmiş A.Nəcəfovun qəfil dünyasını dəyişdiyi bildirilib. Qeyd edək ki, Aydın Nəcəfov 2014-cü ildə Prezidentin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Subyekt.az