![]()
Görüşdə Biləsuvar Gənclər evinin direktoru Vəkil Cəfərli çıxış edərək 30 ildən çox işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinin daima əziz tutulacağı bildirdi və gənclərdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə bu səpkili tədbirlərin mütəmadi olaraq təşkil edilməsinin vacibliyini vurğuladı. Natiq qeyd etdi ki, Dövlət Gənclər siyasətinin ən vacib istiqamətlərindən biri olan gənclərə vətənpərvərlik ruhunun aşılanması istiqamətində rayonumuzda dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən müntəzəm olaraq müxtəlif işlər görülməkdədir.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəyev çıxış edərək şəhid ailələrinin, həmçinin müharibə iştirakçıları və əlillərinin dövlət qayğısı ilə tam əhatə olunması barədə məlumat verdi.
Çıxışlardan sonra şəhidlərin xatirəsinə həsr edilmiş əl işləri və şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirildi.
Dəyirmi masa ətrafında davam edən görüşdə şəhid ailəsi üzvləri və müharibə iştirakçıları öz xatirələrini bölüşdülər və gənclərin suallarını cavablandırdılar. Gənclər hazırladıqları poetik çıxışlarla tədbirdə iştirak etdilər.

.

.

.

.

Subyekt.az