
Azərbaycan Tibb Universitetinin (ATU) II Daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru Tamfira Əliyeva vəfat edib. Bu barədə universitet məlumat yayıb.
Qeyd edək ki, T.Əliyeva 1968-1974-cü illərdə ATU-nun Müalicə profilaktikası fakültəsində təhsil alıb. O, 2011-ci ildən Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiyasıyasının sədri idi.
Xatırladaq ki, T.Əliyeva görkəmli dövlət və elm xadimi Əziz Əliyevin nəvəsidir.
Subyekt.az