
Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib. Subyekt.az apa -nın yerli bürosunun məlumatına istinadla xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb. Belə ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Subyekt.az